Загрузка...

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu İtaliyanın “Yuventus” klubunun heyətində rəsmi oyunda ilk qolunu vurub.

“Report” xəbər verir ki, forvard İtaliya A Seriyasının 4-cü turunda “Sassuolo”ya qarşı keçirilən matçın 50-ci dəqiqəsində fərqlənib.

Daha sonra futbolçu 65-ci dəqiqədə dublunu rəsmiləşdirib. Hazırda oyun davam edir.

Ronaldu “Yuventus”a iyulun 10-da Madrid “Real”ından 100 milyon avroya transfer olunub.