Sabunçu rayonunda 4 azyaşlı uşağa qarşı seksual xarakterli hərəkətlər edilib.
Musavat.com xəbər verir ki, məhəllədə oynayan 4 azyaşlı uşağı aldadaraq evinə çağıran şəxs onlara qarşı seksual xarakterli hərəkətlər etməyə başlayıb. Uşaqların məhəllədə olmadığını görən valideynlərdən biri onları axtarmağa başlayıb.
Valideynə seksual manyakın yaşadığı evi isə təsadüfən həyətdə oynayan başqa bir uşaq göstərib. Həmin evə gedən ana iyrənc mənzərə ilə rastlaşıb. Valideynin səs-küyünə məhəllənin digər sakinləri gəlib.
Əldə etdiyimiz ilkin məlumata görə, adı Əlövsət olan 35-40 yaşlarındakı şəxs məhəllə sakinləri tərəfindən hadisə yerindəcə döyülüb. Daha sonra isə əraziyə çağırılan Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşlarına təhvil verilib.
Seksual manyak saxlanılaraq polis bölməsinə aparılıb. Məlumata görə, hadisə bir neçə gün əvvəl baş verib.
Hadisənin təfərrüatları ilə bağlı daha ətraflı məlumat verəcəyik.
Qeyd edək ki, saxlanılan seksual manyakın daha əvvəl də bir qadına zor tətbiq edərək, ona qarşı seksual hərəkətlər etdiyi üzə çıxıb.