Загрузка...

Rusiyada kişi keçmiş müdirinin avtomobilini partladıb.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Orlov şəhərində baş verib.

Küçədə keçmiş müdiri ilə mübahisə edən şəxs RQD-5 qumbarasını onun avtomobilinə atıb. Nəticədə avtomobil partlayıb.

Hadisəni törədən şəxs qaçıb qohumunun evində gizlənməyə çalışsa da, polis onu yaxalaya bilib.

Faktla bağlı cinayət işi qaldırılıb.