Загрузка...

Özbəkistan prezidenti Şavkat Mirziyeyev Fərqana vilayətinin keçmiş “sahibləri”ni siçovul adlandırıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Fərqana” agentliyi tərəfində yayılan Mirziyeyevin audioyazısında deyilir.

Söhbətin keçmiş prezident İslam Kərimovun qohumlarından getdiyi ehtimal olunur.

Mirziyeyev birdirib ki, Fərqanadakı neft emalı zavodu praktiki olaraq işləmir, çünki bu zavod əvvəllər “siçovular”a – Fərqana gəlinlərinə məxsus olub.

Özbəkistan prezidenti qeyd edib ki, əgər baş nazir olarkən bu məsələlərdən danışsa idi, indi dövlət başçısı olmazdı.

Bildirilir ki, Fərqana gəlinləri deyilərkən İslam Kərimovun həyat yoldaşı Tatyana Kərimova və bacısı Tamara Sobirova nəzərdə tutulur. Onların köməyi ilə T. Sobirovanın oğlu Əkbərəli Abdullayev neft emalı zavodu, sement zavodu, ticarət kompleksləri və digər obyektlərə nəzarəti keçirə bilib.

Qeyd edək ki, İslam Kərimov 1989-cu ildən 2016-cı ilədək Özbəkistana rəhbərlik edib. O, 2016-cı ildə vəfat edib.