Ermənistan baş naziri onları oğurladıqları pulları könüllü şəkildə geri qaytarmağa çağırdı; Dünyada sizə yardım göstərəcək heç bir qüvvə yoxdur
“Robert Köçəryan, Serj Sərkisyan Ermənistanın qarət olunmasında məsuliyyət daşıyan adamlardır və buna görə məhkəmədə cavab verməlidirlər”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan “Mənim addımım” blokunun seçkiqabağı mitinqində bəyan edib. Onun sözlərinə görə, Serj Sərksyan qardaşı Aleksandr Sərksiyana məxsus bankların birində 30 milyon dollar saxlayıb və hazırda bu hesablara həbs qoyulub.
“Rober Köçəryanın isə milyardlarla pulu var. “Konqres” oteli onun oğlu və qızına məxsusdur. Otelin qiyməti milyonlarla dollarla ölçülür”, Paşinyan bildirib.
Paşinyan adı çəkilən şəxsləri oğurladıqları pulları yığıb könüllü şəkildə xalqa qaytarmağa çağırıb. Əks təqdirdə o, bu prezidentləri bağışlayıb- bağışlamamaq məsələsini meydanda xalqla müzakirə edəcəyni vəd edib.
“Əgər bunu etməsəniz, sizlər üçün böyük problemlər yaranacaq, sizə heç kim kömək etməyəcək, ümumiyyətlə dünyada sizə yardım göstərəcək heç bir qüvvə yoxdur”,- Ermənistan baş naziri meydan oxuyub.
Musavat.com