Загрузка...

“Barselona” klubunun hücumçusu Munir El-Haddadi doğum gününü qeyd etdiyi gecə klubunda hesabı ödəməkdən imtina edib.

Oxu.Az “El Mundo” nəşrinə istinadən xəbər verir ki, 23 yaşı tamam olan futbolçu məclisə 30 qonaq dəvət etdiyindən yekun hesab 16 min avro olub.

Məbləğin əks olunduğu çeki görən Munir hesabın şişirdildiyini əsas gətirərək pulu ödəməkdən imtina edib. Gecə klubunun əməkdaşları isə polis çağırmaq məcburiyyətində qalıb.

Sonda məbləğ 15 min avroya endirilib və futbolçu pulu ödəyib.