Məsciddən oğurluq edən şəxs sakinlər tərəfindən yaxalanıb və yol kənarındakı dəmirə bağlanılıb.
Bizimyol.info xəbər verir ki, sözügedən video sosial şəbəkələrdə yayımlanıb. Belə ki, İlahiyyat məscidindən oğurluq etdiyi iddia olunan şəxsi dəmirə bağlayaraq görüntülərini qeydə alıb və sosial şəbəkələrdə yayımlayıblar.
Qeyd edək ki, həmin şəxsin əynində qış geyimləri var və bu da videonun yaxın günlərdə çəkilmədiyini ortaya çıxarır.
Həmin görüntüləri sizə təqdim edirik.