Hazırda “Ay yay yay” serialına çəkilən gənc aktrisa Rəhimə Qüdrətova ona ünvanlanan sözlərə cavab verib.

Minval.info xəbər verir ki, Rəhimə onu təqhir edənlərə səslənib və deyib ki, şəxsi həyatı sadəcə onu maraqlandırır. Heç kim ona qarışa bilməz:

“Bəzi ağzının danışığından xəbərsiz “xanım” və “bəy”lərimiz… Təhqir yazılar, məni tanımırlar, amma nə gəldi deyirlər. Baxıram ki, bu insan niyə tanımadığı biri haqqında belə yazsın? Mən pisəm? Açıq-saçıq geyinirəm, sizə nə bundan? Bu, mənim şəxsi həyatımdır, əzizlərim. Nə geyinirəm, nə hərəkət edirəm, bunun heç kimə dəxlisi yoxdur. Ən azından mən harada nə geyindiyimi bəzilərindən fərqli olaraq yaxşı bilirəm. Heç bir yerimdə plastik əməliyyat yoxdur. Burnuma ilişirsiniz, “plastik əməliyyat” etdir deyirsiniz, sonra da süni deyəcəksiniz.

Əməliyyat etdirsəm də utanmaram, bunu rahat deyərəm. Hər bir xanım gözəl görünməlidir. Üstəlik mənim kimi efirə çıxırsa… Yazırlar ki, “Soyunaraq qabağa getmək istəyir”. Mənim heç vaxt belə fikrim olmayıb. Hər soyunan qabağamı gedir? 1 ilə yaxındır efirlərə çıxıram, teleseriala çəkilirəm, yeniyəm. Bu qısa müddətdə heç kimə ağır söz deməmişəm, hər kəsə hörmətlə yanaşmışam, ucuz reklamdan uzaq durmuşam. Çünki işimi sevirəm. Bu, mənim üçün daha vacibdir.

Hə, “2-3 ilə gündəmdən düşəcəksən. Əsas ailədir, namusdur, qeyrətdir” dərsi keçənlərə də sözüm var. Mən heç 1 saniyə sonra başıma nə gələcəyini bilmirəm, heç kim bilmir. Əgər qismətimdə varsa illərlə səhnələrdə olacağam. Bəzi xanımlar gəlib mənə namus dərsi verməkdənsə arada güzgüyə baxsınlar. Düşünsünlər ki, bu paxıllıqla, kinlə, nifrətlə hara gedirlər? Fəxrəddin Manafovun dediyi kimi, cəmiyyətimizdə qadının ən böyük düşməni elə qadındır”.

Rəhimədən sərt sözlər: “Açıq-saçıq geyinirəm, sizə nə bundan?” – FOTOLAR

Rəhimədən sərt sözlər: “Açıq-saçıq geyinirəm, sizə nə bundan?” – FOTOLAR Rəhimədən sərt sözlər: “Açıq-saçıq geyinirəm, sizə nə bundan?” – FOTOLAR

Rəhimədən sərt sözlər: “Açıq-saçıq geyinirəm, sizə nə bundan?” – FOTOLAR

Rəhimədən sərt sözlər: “Açıq-saçıq geyinirəm, sizə nə bundan?” – FOTOLARRəhimədən sərt sözlər: “Açıq-saçıq geyinirəm, sizə nə bundan?” – FOTOLARRəhimədən sərt sözlər: “Açıq-saçıq geyinirəm, sizə nə bundan?” – FOTOLARRəhimədən sərt sözlər: “Açıq-saçıq geyinirəm, sizə nə bundan?” – FOTOLARRəhimədən sərt sözlər: “Açıq-saçıq geyinirəm, sizə nə bundan?” – FOTOLAR

Загрузка...