Moskvada ticarət mərkəzinin yaxınlığında içərisində meyit olan çemodan aşkarlanıb.
Oxu.Az Ren TV-yə istinadən xəbər verir ki, çemodanda çılpaq qadının meyiti olub.
İlkin məlumatlara görə, meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Ehtimal edilir ki, o, qəbul etdiyi narkotikin dozasının çox olmasından ölüb.
Faktla bağlı araşdırma aparılır.