Загрузка...

Ukraynada yaşayan və kriminal aləmə bağlılıqları ilə tanınan həmvətənlərimiz haaqında yerli mətbuatda vaxtaşırı yazılar dərc olunur. Bu yazılarda onların kriminal keçmişləri, bir-birilə intriqaları, biznes sferaları barədə faktlar sadalanır.  

“İnterfakt” saytının bu yaxınlarda yazdığı xəbər görə, Kiyev şəhəri baş polis idarəsinin rəisi Andrey Krişenkonun mətbuata verdiyi müsahìbəsində bildirib ki , ötən ay şəhərin Tverskaya və Vasilevskaya küçələrinin kəsişməsində yerləşən “Dolma” restoranının önündə güllələnən Agayev Davud Şahvələd oğlunun (1988-ci il təvəllüdlü) qətlində izlər Azərbaycanda doğulmuş şəxslərin üstünə aparır. Belə ki, Davud Aģayevi qətlə yetirən cinayətkar qızılı rəngli “Honda Civic” markalı AI 4450 HE nömrəli maşınla hadisə yerindən uzaqlaşıb. Həmçinin hüquq-mühafizə orqanları tərəfindən Davud Aģayevin restorana gəldiyi AA 5572 OK dövlət nişanlı 2014 – cü il buraxılış “Prado” markalı maşının kimə məxsus olduğu araşdırılıb və məlum olub ki , maşın Kiyevdəki “Starıy Djorat” restoranının sahibi “Fedya”ya (o, azərbaycanlıdır) məxsusdur.

Bundan başqa, “Fedya”nın adının başqa bir qalmaqallı cinayət işində keçdiyi ortaya çıxıb. 2016-cı ilin mart qanuni oģru Novxanılı Dadaşın başına gələn hadisələr zamanı iştirakçılardan biri Fedya olub. Dadaş Istanbulda Rövşən Lənkəranskinin haqqında verilən “proqon”a imza qoymasına və “oģru” Levanı vurmasına görə Lənkəranskinin adamlarına cavab verə bilmir və nəticədə Dadaşın “oģru” adı ondan alınır. Bundan sonra Dadaş Kiyev şəhərinə uçur və Fedyaya sığınır. “Starıy Djorat” restoranının sahibi “Fedya” onun üçün ev kirayləyir. O, burada həmkəndlisi Hacı Akiflə birlikdə qalır. Martın 20-də Dadaş Hacı Akifi qətlə yetirir və oradan birbaşa Kiyevin “Borispol” hava limanına yollanır. Onun üstündəki qan ləkələrini görən polis işçiləri ondan polis məntəqəsinə keçməyi tələb edirlər. Dadaş əvvəl polis işçilərini əlindəki bıçaqla hədələyir, sonra isə özünə ölümcül xəsarət yetirir.

Adı çəkilən şəxs barədə daha bir qalmaqallı cinayət işi barədə yazan Ukrayna saytları qeyd edirlər ki, Donetsk vilayətinin Mokiyevka şəhərində anadan olan Əsgərov Elbrus Salman oģlu bu il iyunun 30-da evə gəlməyib və axtarışa verilib. Onun sürdüyü, Prokopenko Aleksandr Aleksandroviçin adına olan AH 0101 CE dövlət nişanlı “Audi” markalı maşın Kiyev şəhərinin yaxınlıģında, Obuxovskaya şossesinin 51-ci kilometrliyində, içində güllə deşikləri və qan ləkələri olan vəziyyətdə tapılıb. Maşının içi həmçinin yarıyanıq halda olub. Dörd gündən sonra Obuxovskaya şossesinin 41-ci kilometrliyindəki su kanalından Elbrus Əsgərovun meyidi tapılıb.

Edik ləqəbli Elbrus Əsgərov Kiyevdə nüfuzlu kriminal avtoritet olub. Onu axırıncı dəfə Fedyanın “Starıy Djorat” restoranında görüblər. Burada Edik “Smert” Azər və daha iki nəfərlə görüşüb, sonra naməlum istiqamətdə gediblər. “Smert” Azər və o biri iki nəfərdən hələ ki xəbər yoxdur.

Bir çoxları bu fikirdədir ki, Edikin ölümünü Davudun vurulmasına cavabdır.

Ukrayna parlamentinin Radikallar partiyasından olan deputatı Iqor Moseyçukun bu kriminal olaylara dair danışaraq deyib ki, bu hadisələr bir daha təsdiq edir ki, Kiyevdə etnik cinayətkarlar qrupu mövcuddur və bu mafiya miqyasındadır: “Cinayətkarlar bəzi hallarda istintaqa cəlb olunsalar da, son nəticədə məsuliyyətdən yaxa qurtara bilirlər. “Starıy Djorat”ın sahibi hər üç halda müstəntiqlər tərəfindən dindirilib. Günahı olmamış kimi buraxılıb. Ukrayna mətbuatı bu hadisələri Quli – Oleq Bakinski qarşıdurması kimi qələmə verir. Əlbətdə ki, bu fərziyyədir. Bütün bu üç ölümdə ancaq bir məqam var ki, fərziyyə deyil”.

Belə anlaşılır ki, “Starıy Djorat” restoranının sahibi UKraynadakı kriminal almin “boz kardinal”ıdır.

Musavat.com

Kiyevdə baş verən üç qətldə adı keçən həmvətənimiz - O kimdir?
Kiyevdə baş verən üç qətldə adı keçən həmvətənimiz - O kimdir?
Kiyevdə baş verən üç qətldə adı keçən həmvətənimiz - O kimdir?
Kiyevdə baş verən üç qətldə adı keçən həmvətənimiz - O kimdir?
Kiyevdə baş verən üç qətldə adı keçən həmvətənimiz - O kimdir?