Загрузка...

Cənubi Afrika Respublikasında şirlərin avtomobil yoluna çıxması turistləri təşvişə salıb.

Oxu.Az-ın məlumatına görə, hadisə Kryuqer Milli Parkında baş verib.

Safari iştirakçılarından biri 15 şirin avtomobil yoluna çıxmasını lentə ala bilib.

Qeyd edək ki, sözügedən Milli Park ölkənin şimal-şərqində yerləşir. Ərazidə 1,5 min şir, 12 min fil, min leopard və 5 min kərkədan yaşayır.