Türkiyənin Hopa şəhərində qafqazlı kriminal avtoritetlər Mindiey Qoradze (Lavasoğlu) və Ceyran Kinçuraşvili (Xonskiy) arasındakı mübahisə dava ilə nəticələnib.
Avropa.info xəbər verir ki, hadisə baş verən otaqda müşahidə kamerası olduğundan kriminal mübahisələrin necə keçdiyini görmək mümkün olub.
Masa arxasında 5 nəfər əyləşib. Sol küncdə Mindiya, onun yanında ağ köynəkdə Qiya Qoqeliani Ceyrana sərt formada nəsə deyir. Masanın arxasında digər əyləşənlər “qanuni oğru”lar Kako Landiya, Cumber Bayramadi, Tamaz Karçivadze olub. Mübahisə qıya ilə Ceyran arasında baş verir və Qiya onun üzərinə kükrəyir. Masa arxasında əyləşənlərin hamıs ayağa qalxaraq Qiyanın yolunu kəsir. Mindiya isə Ceyrana hücum edərək zərbə endirir. Barkadze Mindiyanı tutmaq istəyir. Qiya isə yaranmış vəziyyətdən istifadə edib Ceyranı vurur. Bundan sonra ara qarışır və dava şiddətlənir. Mindiya və Qiya Ceyranı döyərək yerə yıxırlar və hətta ona təpik atırlar.
Qeyd edək ki, bir ildən artıqdır Mindiya ilə Ceyran arasında münaqişə davam edir. Buna səbəb isə Mindiya Gürcüstanda həbsdə olarkən Ceyranın onun arvadına erotik foto göndərməsi olub.
Həbsdən çıxandan sonra Mindiya bu hadisəyə görə Ceyranı döyüb. Bu dəfə isə Mindiya ilə Ceyran arasındakı “sxodka”ya səbəb Ceyranın Mindiya haqqında işlətdiyi ifadələr olub.
Deyilənə görə, belə bir hal olmayıb. Mübahisənin sonunda Ceyran “qanuni oğru” titilundan məhrum edilib.
Bu hadisəni Mindiya ilə Ceyran arasındakı bu mübahisəni Aslan Kobuladze ilə təkbətək görüş üçün yüngül məşq hesab edirlər. Aslan Kobuladzenin uzun müddətli həbsdən azad olması Mindiyanı “qanuni oğru” titulunu sual altına salır.