Sosial media hesablarında özünü aktrisa, müğənni və model olaraq tanıdan Nataşa Aponte adlı qadın “Tinder”də tanış olduğu bütün kişilərə eyni vaxtda görüş təyin edib.
Oxu.Az xəbər verir ki, o, kişiləri Nyu-Yorkun ən işlək yerlərindən olan “Union Square”də toplayıb.
BBC-də yayılan xəbərə görə, bir dostunun DJ performansını izləmək üçün görüş təyin edən Aponte ilə görüşə gələn onlarla kişi başqalarının da bu məqsədlər meydana yığıldığını zənn ediblər.
Ancaq qadının əlinə mikrofon alaraq səhnəyə çıxmasından sonra əsl həqiqət üzə çıxıb. Nataşa bildirib ki, görüş təyin etmək çətinləşib. Ona görə də hər kəsi eyni yerə yığaraq nə ola biləcəyinə baxmaq istəyib.