Загрузка...

Alimlərin araşdırmaları nəticəsində məlum olub ki, xərçəngin yaranması ilə 15q25 xromosomu arasında müəyyən əlaqə var. O, insan orqanizmində baş verən mühüm bioloji proseslərə nəzarət edir və immun sisteminə təsir göstərir.

Oxu.Az xəbər verir ki, qeyd edilən xromosomun təsirini dayandırmaqla, ağciyər xərçənginə qalib gəlmək olar. Bundan əvvəl müəyyən edilib ki, hər kəsin tütündən özünəməxsus dərəcədə asılılığı var. Nikotin reseptorlarına nəzarət edən genlərdə asılılıq dərəcəsindən və ağciyər xərçəngi nəticəsində ölüm riskindən xəbər verən mutasiyalar mövcuddur.

Lokusun (genin yerləşdiyi nahiyənin) ağciyər xərçənginə meyilliliyi 15q25 xromosomunda nikotin asetilxolin reseptorunun genetik subvahidi ilə əks olunur. Daxili nəzarət mexanizminin pozulması nəticəsində orqanizmdə narkotik maddəyə asılılıq artır. Normal vəziyyətdə nikotinin həddən artıq olması müvafiq reseptorlar tərəfindən təhlükəli durum kimi qəbul edilir. Belə halda narkotik maddə az istehlak edilir.

Dəyişikliyə məruz qalmış reseptorları olan insanlarda müvafiq mexanizm lazımi qaydada işləmir. Nəticədə onlar daha çox narkotik maddə qəbul edir və bunu dayandırmağın zəruriliyini hiss etmir.