Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarqsyan beynəlxalq axtarışa verilib.
Oxu.Az TASS agentliyinə istinadla xəbər verir ki, bununla bağlı respublikanın polis rəisi Valeri Osipyan mətbuat konfransında məlumat verib.
“Narek Sarqsyan beynəlxalq axtarışa verilib. Biz onun yaxalanması üçün xaricdəki həmkarlarımızla əməkdaşlıq edirik”, – Osipyan bildirib.
Narek Sarqsyan iyulun 5-də qanunsuz olaraq silah və narkotik saxlama maddəsi ilə Ermənistanın daxilində axtarışa verilmişdi. Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları həmçinin, çemodanında narkotik və silah gəzdirən Sarqsyanın dostunu da saxlayıb.