Özbəkistan baş naziri Abdulla Aripov qəzaya düşüb. O, yüngün xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Gazeta.uz hökumətdəki mənbəyə istinadla məlumat yayıb.
Məlumata əsasən, qəza dünən axşam saatlarında baş verib. Hadisə vaxtı baş nazir Bekabaddan Daşkəndə gedirmiş. Baş nazirin maşınında olan bir nəfər də xəsarət alıb.