Загрузка...

Dünən 22:20 radələrində Ukraynanın Odessa vilayətinin İlfa, Petrova və Arxitektorsk küçələrində sərxoş kişinin bıçaqla ətrafdakılara hücum etməsi ilə bağlı informasiya yayılıb.

Oxu.Az “Odessa.online” portalına istinadla xəbər verir ki, bununla bağlı polisdəki mənbə məlumat verib.

Hadisə yerinə gələn polis xuliqanlıq edən şəxsi yaxalayıb.

Məlum olub ki, saxlanılan şəxs 25 yaşlı Azərbaycan vətəndaşıdır və o, 2016-cı ildən bəri Ukrayna ərazisində qeyri-qanuni şəkildə yaşayır.

Həmin şəxsə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.

Azərbaycanlı bıçaqla insanlara hücum etdi - FOTO

Azərbaycanlı bıçaqla insanlara hücum etdi - FOTO