Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov “Amul-Xəzər” rallisinə hazırlıqlar çərçivəsində səhrada təlim keçib.
Oxu.az bildirir ki, məşqlər Qaraqum səhrasında keçirilib. Berdıməhəmmədovun sürdüyü avtomobil prezidentin özü tərəfindən layihələndirilib və yığılıb.
“İndi idman avtomobili bütün beynəlxalq tələblərə cavab verir”, – qeyd edilib.
Məşq zamanı avtomobil qumda batsa da, türkmənbaşı bunun öhdəsindən asanlıqla gəlib.
“Amur-Xəzər” beynəlxalq rallisi sentyabrın 9-dan 14-dək Türkmənistanda keçiriləcək.