Загрузка...

Azərbaycanlı sevgilisini öldürən avtoqalereyaçı Antalyada saxta pasportla tutulub.

Oxu.Az xəbər verir ki, Antalyada 25 gün əvvəl azərbaycanlı qadını öldürərək, yoxa çıxan cinayətkar Antalyanın Muradpaşa rayonunda, gizləndiyi pansionda saxta pasportla saxlanılıb. Cinayət 24 iyulda, səhər saat 09:00 radələrində baş verib. İddialara görə, Saibə Yüksəlir səhər saatlarında maşınına mindiyi Rahim A. tərəfindən güllələnib və maşından atılıb. Qadın son nəfəsində hadisə yerinə gələn polisə Rahimin onu vurduğunu deyib. Şübhəlinin saxlanılması istiqamətində əməliyyat başlanılıb. Məlum olub ki, o, cinayəti törətdikdən sonra vəkilinin yanına gedib.

Vəkili S.E.G. ona qaçmaqda kömək edib. E.G. adlı şəxs isə ona qaçması üçün pul verib. Polisin keçirdiyi əməliyyatla hər üç şəxs ələ keçib. Rəhim A. iddia edib ki, maşında mübahisə zamanı qadın özünü vurub. Bu arada, hadisənin başqa təfərrüatı da üzə çıxıb. Məlum olub ki, Saibə Yüksəlir Rəhim A.-nın atasının evini 150 min lirəyə satın alıb. Rahim A.-nın onu aldatdığını görən qadın ya atasının evi boşaltmasını, ya da pulu geri qaytarmasını istəyib.

Bundan sonra onların münasibətləri daha da gərginləşib və kişi qadını səkkiz güllə ilə öldürüb. Rahim A. ifadəsi alındıqdan sonra tutulub. Ona kömək edən vəkili və digər şəxs isə ölkədən çıxışları qadağan olunmaqla azadlığa buraxılıb.

Qeyd edək ki, Rahim A.-nın 2002-ci ildə iki nəfəri öldürərək 11 il həbsdə olması və şərti azadlığa buraxıldığı ortaya çıxıb.