Türkiyədə ABŞ səfirliyinə hücum edilib.
BAKU.WS “haberler”ə istinadən xəbər verir ki, hadisə ötən gecə Türkiyə vaxtı ilə saat 05:00-da qeydə alınıb. ABŞ-ın Ankaradakı səfirliyinin qarşısında silah səsləri eşidilib.
Naməlum şəxslər Atatürk Bulvarı yaxınlığında odlu silahdan atəş açıb. Güllələrdən biri binanın dam örtüyünə dəyib.
Bildirilir ki, hadisə zamanı 4-5 dəfə atəş açıldığı bildirilib. Türkiyə polisi hadisəni törədən şəxslərin axtarışlarına başlayıb.