Загрузка...

İran hökuməti əcnəbi turistlərin ölkəyə girişi və çıxışı zamanı pasportlarına möhür vurulmasını ləğv etmək niyyətindədir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Mehr agentliyi məlumat yayıb.

Agentliyin məlumatına əsasən, bu addım ABŞ-ın İrana qarşı sanksiyalar tətbiq etməsi ilə bağlıdır.

Bildirilir ki, İran hökuməti bununla əcnəbi turistləri “hər hansı bir təhlükədən” qorumaq istəyir.

İran XİN, həmçinin ölkənin sənaye və ticarət nazirliyi artıq təşəbbüsü təsdiq edib.

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi bəyan edib ki, rəsmi Vaşinqton Tehranla ticari əlaqələri saxlayan ölkələrə qarşı sanksiyalar tətbiq etməyə hazırdır.