Загрузка...

ABŞ prezidenti Donald Trampın vəkili Rudolf Culiani Rusiyanın ABŞ-dakı siyasi proseslərə müdaxiləsini, o cümlədən Trampın Kremllə əlaqələrini araşdıran xüsusi prokuror Robert Müllerə xəbərdarlıq edib.

Musavat.com xarici mediaya isitnadən xəbər verir ki, R.Culiani Rober Müllerdən təhqiqatı tez bir zamanda bitirməsini istəyib. Nyu-Yorkun keçmiş meri prokurora bu msələdə 3 həftə vaxt verib. “Əks təqdirdə biz onu tonlarla kərpic kimi yükləyəcəyik”,- Culiani MSNBC kanalına verdiyi müsahibədə deyib.

Xatırladaq ki, R.Culiani bu il avqustun 13-də Robert Müllerin prezidenti də istintaqa çağıra biləcəyinin anonsunu vermişdi. Onun sözlərinə görə, təhqiqat sentyabrın 1-nə kimi başa çatmalıdır.

 

Trampın vəkili onun Rusiya ilə əlaqələrini araşdıran prokuroru hədələdi

 

ABŞ-ın respublikaçı senatoru Lindsi Qrehem isə prezidentliyə keçmiş namizəd Hillari Klintonun oğurlanan sənədləri ilə bağlı FTB-nin özü haqqında araşdırma aparılmasını istəyib.

Senator bu barədə “Fox News” kanalında məlumat verib. Bundan başqa, Qrehem Trampın keçmiş müşaviri Karter Peycin izlənilməsinə görə Federal Təhqiqatlar Bürosunu tənqid edib.

 

Trampın vəkili onun Rusiya ilə əlaqələrini araşdıran prokuroru hədələdi

 

Qrehemə görə, FTB-nin Hillari Klintonun məktubları və Peyc məsələsindəki ayrı-ayrılıqdakı mövqeyi qərəzlidir. Bununla demokrat senatorlar razılaşmırlar. Onlar belə hesab edrirlər ki, FTB Karter Peyci “Xarici kəşfiyyatın müşahidəsi haqqında” qanuna (FİSA) əsasən izləyib.

 

Musavat.com