Загрузка...

ABŞ-ın “Delta” aviaşirkətinin Nyu-Yorkdan Nitsaya yollanan təyyarəsi mənzil başına çata bilməyib və Atlantik okean üzərində olarkən geri dönmək məcburiyyətində qalıb.

Oxu.Az “Newshub”a istinadla xəbər verir ki, buna səbəb tualetlərin tıxanması olub.

“Faciə” 3 saatlıq uçuş geridə qaldıqdan sonra baş verib və təyyarə artıq Fransaya çatırmış.

Amma pilot nasazlığı aradan qaldırmaq üçün nədənsə geri dönməyə və daha 3 saat üçmağa qərar verib.