Загрузка...

Türk Silahlı Qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində son bir il ərzində 297 PKK-çı qadın təslim olub.

Medianews.az Ölkə.Az-a istinadən xəbər verir ki, qadınların ifadələri şok effekti yaradıb. PKK-çı qadınlar yaşadıqları cəhənnəmdən danışıblar.

Terrorçu liderlərdən olan Duran Kalkan düşərgələrdə qadın terrorçular tərəfindən “Sapık Abbas” ləqəbi ilə tanınır.

Silav Qarzan: “Qəndildə təcavüzə qarşı çıxdığı və ya zorlandığı üçün edam edilənlər ilə yaşadıqlarına dözməyib intihar edən qadınların sümüklərini yan-yana düzsən, kəndlərindən Qəndilə qədər çatar. Qruplaşmanın qadın strukturundakı qadınlar kişi liderlər tərəfindən cinsi kölə kimi istifadə edilir”.

Zozan Fırat: “Qruplaşmadan qaçanların sayı artdığı üçün Qəndildəki düşərgələrdə edam qrupu quruldu. Aprel və may aylarında 40 nəfər edam edilib. 27 nəfərin edamı telefona çəkilib. Bunu düşərgədə bizə göstərdilər”.

Rojbin Delila: “Bir qadın üçün Qəndil zorlanma deməkdir. Qəndildə qadın istifadə edilən əşyadır. Həm mən, həm də əmim qızı bunları yaşadıq. Liderlər təkcə qadınlarla yox, Suriyadan gətirilən uşaqlarla da cinsi əlaqəyə girirlər”.

Dilan Hebun: “Qadınsansa, aclığa və yoxluğa deyil, səni istəyən kişinin bədənini istədiyi kimi istifadə etməsinə dözməlisən”.

Viyan Andok: “Qruplaşmanın idarəetmə heyətindən 70-ə yaxın kişinin öldürülməsi qruplaşmanı bitmə nöqtəsinə gətirib”.