Загрузка...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər şeyxi Təmim bin Həmad əl-Tani Ankarada ikitərəfli əlaqələri və regiondakı vəziyyəti müzakirə ediblər.

Oxu.Az “Anadolu”ya istinadla xəbər verir ki, görüş zamanı əl-Tani qısa zamanda Türkiyə iqtisadiyyatına 15 milyard dollar birbaşa investisiya yatırmaq niyyətində olduqlarını bəyan edib.

Liderlər iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsində qərarlı olduqlarını bildiriblər.

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Qətər hökumətinin Türkiyə iqtisadiyyatına 15 milyard dollar investisiya qoymaq planlarını şərh edib:

“Türkiyə iqtisadiyyatı sağlam bünövrə üzərində qurulub və ölkəmiz bu prosesdən daha da qüvvətlənmiş halda çıxacaq”.