Загрузка...

Liviya paytaxtının məhkəməsi 2011-ci ildə Tripoli uğrunda gedən döyüşlər zamanı üsyançıların kütləvi güllələnməsində iştirak edən 45 nəfər barəsində edam hökmü çıxarıb.

Oxu.Az xəbər verir ki, məhkəmənin qərarından şikayət verilə bilməz. Daha 54 nəfər müxtəlif müddətə azadlıqdan məhrum edilib.

Məhkəmə işi 2011-ci ilin avqustunda Liviyada cərəyan edən hadisələrlə əlaqəlidir.

O zaman ölkəyə uzun illər rəhbərlik edən Müəmmar Qəddafiyə qarşı üsyan qaldıran dəstələr paytaxt Tripoli ətrafında hökumət qoşunlarının mövqelərinə hücum edirdilər.

Belə dəstələrdən biri mühasirəyə düşdükdən sonra hərbçilər tərəfindən tam məhv edilmişdi.