Загрузка...

BAKU.WS-in budəfəki müsahibi aktrisa Gülşən Hüseynlidir.

-Son çəkildiyiniz “Toydan sonra” serialı çox sevilir və izlənilir. Necə oldu ki, bu seriala dəvət aldınız?

-Məktəbdə oxuduğum zaman məktəb teatrının rəhbəri idim. Teatrda və KVN-də oynayırdım. Daha sonra İqtisad Universitetində də KVN üzvlərindən biri oldum. Ona görə də bu serialın kollektivi ilə də bilavasitə tanışlığım var idi. Onlar bilirdilər ki, belə istedadım var və baş rola mənim kimi bir xanım axtarırdılar. Bu rolu ilk elə mənə təklif etdilər. Təklifi sevə-sevə qəbul etdim. Serialımız tamaşaçılar tərəfindən sevildi, çünki məndən başqa da orada tanınmış artistlərimiz iştirak edir: Tünzalə Əliyeva, Abbas Qəhrəmanov, Elcan Rəsulov və s. Biz bir ailəni canlandırırıq, başımıza qəribə əhvalatlar gəlir. Mənim obrazım atdığı hərəkətləri ilə özü də bilmədən gülüş obyektinə çevrilir. “Toydan sonra” bu yayın ən baxımlı seriallarından biridir.

-Azərbaycanda toydan sonrakı hansı adətləri bəyənmirsiniz?

-Hal-hazırda Azərbaycanda müasirləşmə prosesi gedir. Əgər əvvəllər toyda gəlin çox oynamaz deyirdilərsə, indi bəylə gəlin gözəl rəqs hazırlayırlar və mən bunu çox yaxşı qəbul edirəm. Keçmiş adətlərin bir neçəsi ilə razı deyiləm. Bəzi xarici ölkələrdə bəylə gəlin bal ayına göndərilir, birlikdə vaxt keçirirlər. Bizdə isə toydan sonra bəyin xalası, əmisi, dayısı, anası – bir sözlə bütün qohumları evə tökülüşür. Bizim serialda da gənc cütlük toydan sonra baş-başa qalmaq istəyir, amma qızın valideynləri buna imkan vermirlər. Şəxsən mən qayınana-qayınata ilə bir evdə yaşaya bilmərəm, ürəyim sıxılar. Digər bir məsələ. Bizdə övladın neçə yaşı olursa-olsun valideynləri üçün həmişə uşaq olaraq qalır. Bu, gözəl dəyərdir. Amma ailə məsələlərinə qayınananın-qayınatanın qarışmasına çox pis baxıram. Təəssüflər olsun ki, bizim ölkədə belədir. Bir də bizdə hər kəs sevdiyi insanla ailə həyatı qura bilmir, amma xaricdə heç kim bir-birinin dininə, irqinə, sosial təbəqəsinə baxmadan ailə həyatı qurur. İstərdim ki, bizdə də valideynlər imkan versinlər ki, övladları sevdiyi şəxslə ailə həyatı qursun.

“Qayınana-qayınata ilə bir evdə yaşaya bilmərəm” – Avropa çempionu olan aktrisamız

-Gülşən Hüseynli özündən az gəliri olan bir bəylə ailə həyatı qurardı?

-Bəli, əlbəttə. Əgər mən onu sevirəmsə, tanıyırımsa və görürəm ki, onun ağlı var, demək ki, o pul qazana biləcək. Hamı pulu ağlı, bacarığı ilə qazanır. O görəcək ki, məndən az qazanır və bu iş ona sərf etmir, təbii ki, ağıllı oğlan başqa bir işə əl atacaq ki, evinə pul gətirə bilsin, övladlarını oxutsun.

-Azərbaycan kinosunda bəyəndiiniz və bəyənmədiyiniz məqamlar…

-Belə deyərdim, siz hazırda aktrisaların incə telinə toxundunuz. Bir gənc, istedadlı, təlabatlı aktrisa kimi hal-hazırda kinomuzun hazırkı vəziyyəti məni qane etmir, xüsusən də verilən qonorar. Bu pul ilə aktrisa özünə ev ala bilməz, çünki aldığın maaş ancaq özünə, yol puluna çatır. Qonşu Türkiyədə “Möhtəşəm yüzil”in aktyoru bir bölümə görə 150 min lirə alır. Təsəvvür edin ki, bu aktyor bir aya özünə 3-4 ev, maşın ala bilər. Bizdə rəhmətə gedən bir çox artistlərin evi, ailəsi də olmur. Bunun üçün mütləq bir dəyişiklik olmalıdır. Bizim filmlərə sponsorlar pul ayırır. Sponsorun pulu hər bir şey üçün xərclənir, amma aktyorlara çatanda heç nə qalmır. Təklif edərdim ki, sponsor birbaşa aktyorla danışsın, pulları özlərinə versinlər. İkinci məsələ isə komedik filmlərin bayağı olmasıdır. Bu dəqiqə elə komedik filmlər çəkilir ki, hətta məhəllə zarafatlarından da istifadə edirlər. Həm maarifləndirən, həm düşündürən bir komediyanın olmasını arzulayıram. Bir də fantastik filmlərin çəkilməsini çox istərdim. Yaxşı rejissorlarımız var. İstəmirəm ki, hər yerindən duran film çəksin. Mənə dəfələrlə ilk dəfə film çəkən rejissorlar işlərində rol almağı təklif ediblər, amma rədd etmişəm. Çalışıram ki, hər şeyə çəkilib simamı korlamayım.

“Qayınana-qayınata ilə bir evdə yaşaya bilmərəm” – Avropa çempionu olan aktrisamız

-Demisiniz ki, heç vaxt açıq-saçıq səhnələrə çəkilmərsiniz. Bu mentaliletlə bağlıdır, yoxsa…

-Bəli, çəkilmərəm. Belə bir filmə çəkilmək təklifi də almışdım, amma razılaşmadım. Dedilər ki, bütün səhnələri sən oyna, amma öpüşmə yerində dublyor səni əvəz etsin. Mən də dedim ki, onda gərək kinoteatrda çıxım monitorun qabağında qışqırım ki, filmdə öpüşən qız mən deyiləm, dublyorumdur (gülür-red.) Səbəb isə ilk növbədə özümə görədir. Ola bilsin ki, buna mentalitetin də təsiri var. Hollivudda doğulsaydım heç bir problem olmazdı. Adicə türklərə baxıb deyirik ki, nə qəşəng öpüşürlər. İkinci növbədə ailəmə görə çəkilmərəm. Üçüncü isə o pula çəkilib özümü biabır etmək istəmərəm. Deyənlər var ki, 50 minə öpüşmə səhnəsinə çəkilərəm. Demək ki, o bilir ki, ona o pulu verməyəcəklər. Bəzən elə filmlər çəkirlər ki, onların büdcəsi elə 50 min və daha aşağı olur.

-Çəkilişdə ağlamaq lazım olsaydı, həyatınızın hansı anını yada salardınız?

-Adətən filmdə ağlayanda nəyisə yada salmıram. Bu bir texnikadır. O texnika vasitəsi ilə biz ağlayırıq. Əgər texnikanı bilməsəydim, onda ağlamaq üçün dayımın vəfatını hər dəfə yadıma salardım. Onun vəfatı mənə çox pis təsir edib. Dayım Kür çayında boğulmuşdu. İndi də dəniz, çay görəndə həmin hadisə yadıma düşür və qəhərlənirəm (kövrəlir-red.)

“Qayınana-qayınata ilə bir evdə yaşaya bilmərəm” – Avropa çempionu olan aktrisamız

-Adi qadın qadın aktrisadan nə ilə fərqlənir?

-Bəzi indiki qadınlar nə müğənnidən, nə də aktrisadan fərqlənmirlər. Əvvəllər toya gedəndə görürdük ki, qadınlar qapalı geyinir, müğənnilər isə açıq-saçıq və bilinirdi ki, kim-kimdir. İndi küçəyə çıxanda görürsən ki, xanımlar o qədər açıq-saçıq geyinibər ki… Mən aktrisa olsam da onlardan qapalı geyinirəm. Çəkilişlərdə üzümə çoxlu makiyaj edirlər, amma gündəlik həyatda makiyajsız gəzməyə üstünlük verirəm, heç topuqlu ayaqqabı da geyinmirəm. Başqa bir fərq isə aktrisa xanımın psixologiyasının daha güclü olmasıdır. Aktrisalar qarşısında əyləşdiyi insanın xasiyyətinə uyğunlaşır, ona xoş olan tərzdə danışır və hərəkət edir. Bu baxımdan da aktrisa qadın adi qadından fərqlənir.

-Qılıncoynatma üzrə Avropa çempionu olmusunuz. Necə oldu ki, bu idman növünü seçdiniz?

-Dayım döyüş növləri üzrə qara kəmər sahibidir. O həmişə bizə gələndə Jan Klod Van Damın, Ceki Çanın filmlərinə baxırdı. Mən də istər-istəməz onunla bərabər həmin filmləri izləyirdim. Film bitəndən sonra divanın üstündən yerə tullanırdım. Hətta bir-iki dəfə qolumu, ayağımı əzmişdim. Bir az oğlan kimi böyümüşəm. Məktəbdə bütün oğlanları döyürdüm. Elə oldu ki, bizim evimizin yaxınlığında Qılıncoynatma Federasiyası açıldı. Mən də çox hiperaktiv uşaq olduğum üçün zaman-zaman bir çox idman növləri ilə məşğul olmuşdum. Anama dedim ki, qılıncoynatmaya istəyirəm. Məşğul olmağa başladım və gördüm ki, bu məndə alınır. Qılıncoynatma üzrə Azərbaycan və Avropa çempionatlarında iştirak etmişəm. Mənim hətta “A” kateqoriyalı müəllimlik dərəcəm də var. Düşünmürəm ki, nə vaxtsa bu idman növü üzrə məşqçi işləyim. Sadəcə olaraq, bu bir elit idman növüdür. Qılıncoynatma insanın əsəblərini sakitləşdirir və diqqəti bir nöqtəyə cəmləməyə kömək edir. Bəlkə, aktrisa olmasaydım, qılıncoynatma üzrə peşəkar müəllim olardım.

“Qayınana-qayınata ilə bir evdə yaşaya bilmərəm” – Avropa çempionu olan aktrisamız

-Daim formada qalmaq üçün nə edirsiniz?

-Uşaqlıqdan idmanla məşğul olmuşam deyə, indi nə qədər yesəm də kökəlmirəm. Təbii ki, indi də idmanla məşğul oluram, stadionda qaçıram. Hər səhə su içirəm və daha çox tərəvəzlərlə qidalanıram. Bbir gözəl xanım olaraq, gözəl genetikama güvənirəm. Məni belə dünyaya gətirdiyinə görə anama təşəkkür edirəm.

-Yeni işləriniz haqqında nə danışa bilərsiniz?

-Türkiyədə çəkiləcək bir tarixi filmə dəvət almışam. Oraya getməyi planlaşdırıram. Ölkəmizi Türkiyədə təmsil edəcəyəm. Yaşıdlarım arasında özümə çox güvənirəm. Allahın köməkliyi ilə 1 ay orada yaşacacağam. Oktyabrın 11-də isə müğənni İzzət Bağırovla bərabər çəkildiyimiz filmin təqdimatı olacaq. Bir neçə serial təklifləri də almışam. Sadəcə olaraq, Türkiyəyə getməyimlə əlaqədar çəkilə bilməyəcəyəm.

-Ailə həyatı qurmaq haqqında nə düşünürsünüz?

-Təbii ki, mənimlə ailə həyatı qurmaq istəyənlər çoxdur. Sadəcə olaraq, özüm hələ ailə həyatı quracağım insana rast gəlmədiyimi düşünürəm. Hiss etsəm ki, o insan ürəyimə yatır, onda ailə həyatı quracağam. İnşallah Allah mənə hər şeyin ən gözəlini bəxş edər və mən də ailə həyatı quraram.

“Qayınana-qayınata ilə bir evdə yaşaya bilmərəm” – Avropa çempionu olan aktrisamız