Загрузка...

ABŞ-ın vitse-prezidenti Mayk Pens Türkiyəyə “Trampın səbrini sınamamağa” dair xəbərdarlıq edib və amerikalı rahib Endryu Bransonu azad etməyə çağırıb.

Bu barədə Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir.

“Rahib Endryu Branson Türkiyədə saxlanılan günahsız insandır. Prezident və mən Branson azad olana qədər səylərimizi davam etdirəcəyik”, – Pens “Twitter” səhifəsində yazıb.

Öz növbəsində Dövlət Departamentinin nümayəndəsi Hizer Nauert qeyd edib ki, ABŞ və Türkiyə rahibin taleyini müzakirə etmək üçün görüş planlaşdırmayıblar.

“Diplomatik səylər davam edir. Əminəm ki, nə vaxtsa gələcəkdə Türkiyə hökuməti ilə rahib Branson və digər amerikalıların talelərini müzakirə edə biləcəyik”, – Nauert əlavə edib.