Загрузка...

Türkiyənin Ədirnə bölgəsində qadağan olunmuş hərbi ərazidə tutulan Yunanıstan ordusunun 2 əsgəri azadlığa buraxılıb.

Yenicag.az xəbər verir ki, martın 1-də saxlanılan hərbiçilər – Aqqelos Mitretodislə Dimitros Kouklatzis məhkəmə zamanı sərhədi səhvən keçdiklərini bildiriblər.

Əsgərlərin sərbəst buraxılmasından sonra Yunanıstanın baş naziri Aleksis Çipras sosial şəbəkə vasitəsilə açıqlama yayıb.

O bildirib ki, Türkiyənin atdığı bu addım bölgədə dostluğa, qonşuluğa töhfə verəcək. Dövlət rəsmisinin sözlərinə görə, Türkiyənin qərarı ədalətin göstəricisidir.