Загрузка...

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Oxu.Az-ın xəbərinə görə, təmsilçimiz “Qarabağ” da növbəti oyununa çıxıb. Qurban Qurbanovun komandası səfərdə BATE-nin qonağı olub.

Bakıda keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi mərhələni keçmək üçün Belarusdakı oyunda qələbə qazanmalı idi.

Lakin çempionumuz bu vəzifənin öhdəsindən gələ bilməyib. Oyun 1:1 hesabı ilə nəticələnib və ağdamlılar ÇL-də mübarizəni dayandırıblar.

Ağdamlılar mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək. “Qarabağ” klubunun rəqibi play-off mərhələsində “Şerif” (Moldova) – “Valur” (İslandiya) duelinin qalibi olacaq.