Загрузка...

“Bir namaz qılan, oruc tutan ailə dostumuz var idi, 10 il çörək kəsdik. Axırda da küllü miqdarda pulumu mənimsədi, getdi”.

BAKU.WS xəbər verir ki, müğənni Nadir Qafarzadə ilahiyyatçı Şahin Həsənlinin cümə xütbəsində söylədiyi fikirləri bu sözlərlə dəstəkləyib.

Hacı Şahin ötən cümə xütbəsində yalançı dindarlardan söz açıb və hər spirtli içənin pis adam olmadığını dilə gətirib:

“İnsanlara tez qiymət verməyin. Zahirində pisliklər gördüyünüz adamların batili təmiz ola bilər. Adam var ki, zahiri gözəldir, dindardır, dilindən zikr düşmür, amma xəbis adamdır. Adamlar bir dəryadır, şəffaf deyil ki, rahat tanıyasan. Namaz qılanlar hamısı yaxşıdır, içki içənlərin hamısı pis. Belə olsaydı, nə var idi ki… İmam başı kəsənlərin çoxu namaz qılanlardan çıxıb. Mən sizə tarixi deyirəm. Özüm namaz qılanam, dindaram, din xadimi olduğum üçün bunu rahat deyirəm. Bundan əvvəl demişdim ki, namaz qılıb özündən razı olmaqdansa, araq içib özündən narazı olsan yaxşıdır. Araq içmək günahdır, şeytan əməlidir. Bir amması var ki, hər namaz qılan, hər araq içəndən üstün deyil”.

N.Qafarzadə onun bu fikirlərini İnstaqram səhifəsində izləyicilərilə bölüşüb. Müğənninin bu paylaşımı böyük müzakirəyə səbəb olub. Müğənni namaz əhlini müdafiə edənlərə namaz əhli tərəfindən aldanıldığı faktını açıqlayıb.