“Space” TV-də yayımlanan “El bizim, sirr bizim” verilişində “kişinin haqqı tapdanırmı?” mövzusunda müzakirələr aparılıb.
Minval.info xəbər verir ki, proqrama dəvət alan jurnalist Cavid Əhmədoğlu ilə ekstrasens Bayram Nurlu arasında qalmaqal yaşanıb.
Belə ki, ötən verilişlərin birində “qızımın 5 sevgilisinin olmasına normal” baxıram sözlərini işlədən C.Əhmədoğlu şəxsi həyatından danışmaq istəmədiyini dilə gətirib. Ekstrasens onun çıxışına müdaxilə edən zaman jurnalist Bayramla mübahisə və müzakirə etməyi özünə yaraşdırmadığını söyləyib.
Qalmaqallı B.Nurlu isə onun bu fikirlərinə qəzəblənərək gecə Cavidin ona nə yazdıqlarında söhbət açıb:
“Bu oğlan özü mənə yalvarıb, hətta telefonumda da var. Deyirdi ki, “sizdən müsahibə almaq istəyirəm, çox gözəl insansınız”. O gün də yazıb ki, “çox səhv edib sizinlə dalaşmışam”. Efirdə maskalanma, reklam arası gəlirsən “vıcı-vıcı” edirsən (C.Ə-yə deyir – red.). Səni tanıyan tanıyır, simanı da bilən bilir. Gecə saat 1-də görürəm, 10 dənə mesaj birdən birə gəldi. Yalandır? Sən kişisən e, sözün düzünü denən”.
Cavid Əhmədoğlu isə onun söylədiklərini inkar etməyib və dayısı vəfatı ilə əlaqədar Bayrama yazdığını bildirib. Amma o, ektrasensin dilə gətirdiyi məqamlara aydınlıq gətirə bilməyib.
“Elçin bəy, siz hər dəfə verilişə 8 nəfər çağırırsınız. Onların içərisində belə deyək, cavanlığı fahişəliklə keçən də olub. Mənim verilişim olarsa, sizi (Bayram Nurlunu nəzərdə tutur – red.) 10 dəfə də çağırsam, burada ayıb bir şey yoxdur”.