Загрузка...

Türkiyə ABŞ-dan gələn elektron məhsullara boykot elan edə bilər.

Oxu.Az xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, Koreyanın “Samsung” şirkətinin telefonları ABŞ-ın “iPhone” smartfonlarına alternativ ola bilər.

Türkiyə prezidenti bildirib ki, Ankara ABŞ istehsalı olan elektron məhsulları boykot edir. O, bu barədə çıxışı zamanı bəyan edib.

“ABŞ iqtisadi baxımdan təkcə bizə deyil, Çin və Rusiya, İran və Avropaya da hücum edir. Hətta Kanadaya. Lakin bizə qarşı əməliyyat başlayıb. Biz ABŞ elektron məhsullarını boykot edəcəyik. Onların “iPhone”i var, lakin axı “Samsung” da mövcuddur”, – deyə o vurğulayıb.

Ərdoğan çıxışında yerli “Venus Vestel” markalı telefonları da xatırladıb.