Загрузка...

İçkili vəziyyətdə qəza törədərək iki nəfərin ölümünə səbəb olan şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümünə səbəb olan Həsənov Şamil Bəhram oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Rahib Salmanovun sədrliyi ikə keçirilən prosesdə qəzada dünyasını dəyişən Vüsal Quliyevin hüquqi varisi, anası Rəfiqə Quliyeva ərizə ilə məhkəməyə müraciət edib.

R.Quliyeva ərizəsində qəzanı törədən Şamil Həsənovun az miqdarda sərxoş olmadığını, sürücünün hadisə zamanı əyləci sıxmadığını deyib.

Mərhumun anası Ş.Həsənovun əməlinin qəsdən adam öldürmə kimi qiymətləndirilməsini, istintaqın ədalətli şəkildə apatılmasını məhkəmədən xahiş edib.

Rəfiqə Quliyeva deyib ki, qəza zamanı oğlunun olduğu maşın 135 metr sürünüb: “Qəzanı törədən maşın ən azı saatda 175-lə gedib. Oğlum qəzadan sonra ölməyib. Ona kömək edən olmayıb. Yəqin ki, bu yenə araq içməyə gedib. Mən bir oğul anası idim. Onu torpağa tapşırdım. Hər gün onun məzarına gedirəm. Başıma qara bağlamışam. Mən bu adamın ədalətlə, qanunla cəzalandırılmasını isrəyirəm”.

Məhkəmə iclası şahidlər gəlmədiyi üçün avqustun 20-nə qədər təxirə salınıb.

Qeyd edək ki, qəza hadisəsi Sumqayıt şəhərində martın 12-də gecə saat 02 radələrində baş verib.

Həsənov Şamil Bəhram oğlunun sərxoş halda idarə etdiyi “Hyunday Azera” markalı 99 DV 039 dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Koroğlu küçəsində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozması nəticəsində Həsənov Eldar Cəmşid oğlunun idarə etdiyi 50 BE 671 dövlət qeydiyyat nişanlı “Oka” markalı avtomobillə toqquşması, nəticəsində E.Həsənovun və sərnişin Quliyev Vüsal Vidadi oğlunun hadisə yerində vəfat etmələri faktına görə Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Ş.Həsənov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Şamil Həsənov Bakı Dövlət Universitetinin İlahiyyat fakultəsinin məzumudur.

O, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənovun qardaşıdır.

Onu da qeyd edək ki, avtomobil həvəskarı olan Şamil Həsənov bir neçə il əvvəl mətbuatın gündəminə çıxmışdı. O, icra başçılarının birinin yaxın qohumu kimi təqdim edilirdi. Əslən Qubadlıdan olan Ş.Həsənov sosial şəbəkələrdə daha çox 039 (Qubadlı avtomobil seriyası) seriyalı avtomobilləri nümayiş etdirirdi. Daha sonra o, feysbuk səhifəsini bağlayıb.

Sərxoş halda iki nəfərin ölümünə səbəb olan şəxs ilahiyyatçının qardaşı imiş- FOTOLAR

Sərxoş halda iki nəfərin ölümünə səbəb olan şəxs ilahiyyatçının qardaşı imiş- FOTOLAR
Sərxoş halda iki nəfərin ölümünə səbəb olan şəxs ilahiyyatçının qardaşı imiş- FOTOLAR
Sərxoş halda iki nəfərin ölümünə səbəb olan şəxs ilahiyyatçının qardaşı imiş- FOTOLAR