Загрузка...

ABŞ-ın Türkiyəyə qarşı hazırkı siyasətini pisləyirik.

Bu sözləri Axar.az-a Türkiyədə baş verən son iqtisadi proseslərlə bağlı danışan “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib.

R.Arifoğlu Türkiyədə baş verən son iqtisadi proseslərin Azərbaycanı da narahat etdiyini bildirib:

“Kənar güclər, böyük qüvvələr sanki Türkiyəni cəzalandırmaq kursu götürüblər və hər zamankı kimi qardaş ölkəni zəiflətmək, özlərindən asılı vəziyyətə salmaq üçün əllərindən gələn hər şeyi edirlər. Bundan əvvəl Türkiyəni terrorla, PKK ilə vururdular, indi isə dollarla vururlar. Hesab edirik ki, bu, Amerika Birləşmiş Ştatlarının indiki hakimiyyətinin siyasətidir və sanki Türkiyəni sözə baxmayan tərəfdaş kimi cəzalı duruma salmaq təşəbbüsüdür”.

R.Arifoğlu Türkiyənin bu çətin vəziyyətdən çıxacağına inamını ifadə edib:

“Əlbəttə ki, ABŞ-ın Türkiyəyə qarşı hazırkı siyasətin pisləyirik və Türkiyə üçün dua edirik. Eyni zamanda da inanırıq ki, indiki hökumət, Prezident Rəcəb Tayyib Ərdoğan ölkəsinə qarşı bu təzyiqlərdən qurtulmağın yollarını tapacaq və Türkiyə iqtisadiyyatının çökməsinə imkan verməyəcək”.