Buxarestdə hökumətə qarşı nümayişlər zamanı 247 nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə News.Ro məlumat yayıb.
Məlumatda bildirilir ki, mitinq zamanı 247 aksiya iştirakçıs və doqquz jandarm tibbi yardım göstərilib. Onlardan 16 nəfəri, o cümlədən dörd jandarm xəstəxanaya yerləşdirilib.
Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişi dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Bildirilir ki, etirazçılar hökumətin buraxılmasını və növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər.