Ermənistanın sabiq baş naziri Ovik Abramyanın qardaşı – Henrix, avqustun 6-da ona məxsus mexaniki-təmir zavodunda aparılan axtarışdan sonra həbs edilib.
Oxu.Az “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, o, müxtəlif çaplı odlu silahın qanunsuz saxlanılmasında ittiham edilir.
Ararat vilayətinin Mxçyan kəndində yerləşən zavodda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları külli miqdarda silah aşkarlayıblar: 3 əl qumbaraatanı, 7 AK74 avtomatı, 2 snayper tüfəngi, müxtəlif tipli 3 tüfəng, 2 tapança və müxtəlif çaplı patronlar.
Qeyd olunur ki, axtarış Xüsusi İstintaq Xidmətinin 1-2 mart 2008-ci il tarixində etiraz aksiyalarının dağıdılması ilə bağlı apardığı cinayət işi çərçivəsində həyata keçirilib.