ABŞ Dövlət Departamenti “Əl-Qaidə” terror təşkilatının iki lideri – Abdulla Əhməd Abdulla və Seyf əl-Ədlin ələ keçirilməsinə yardım edə biləcək məlumata görə hələ 2000-ci ildə vəd olunan mükafatın məbləğini 2 dəfə artırıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Departamentinin məlumatında bildirilir.
Mükafatın məbləği 5 milyondan 10 milyon dollara qədər artırılıb.
“Hər ikisi “Əl-Qaidə”yə rəhbərlik edən şuranın üzvü olublar, əl-Ədl isə hərbi komitədə də xidmət edib.
Hər ikisi 1998-ci il avqustun 7-də ABŞ-ın Dar-əs-Salam və Nayrobidəki səfirliklərində törədilən terror aktlarına görə ittiham olunublar.
Sözügedən hücumlar nəticəsində 224 dinc sakin, o cümlədən 12 amerikalı həlak olub, 5000 nəfər yaralanıb”, – məlumatda deyilir.