Moskvada aktyor Sami Naserini döyən belorus Oleq Kazakov bildirib ki, buna səbəb “Taksi” filminin ulduzu və onun dostlarının davranışları olub.
Bu barədə Oxu.Az “Vzqlyad”a istinadla xəbər verir.
Kazakov deyib ki, Naseri və qardaşı hələ klubda qalmaqal yaradıblar: onlar xidmətdən narazı qalıblar və hesabı ödəməkdən boyun qaçırıblar.
Saxlanılan şəxsin sözlərinə əsasən, dava-dalaşı da ilk olaraq məhz fransızlar başlayıblar. Baxmayaraq ki, o, Naseri və qardaşının əvəzinə hesabı ödəməyi onlara təklif edib.
***
Moskvada polis fransalı aktyor Sami Naserini döyməkdə şübhəli bilinən üç nəfəri saxlayıb.
Oxu.Az xəbər verir ki, hazırda onlar barəsində cinayət işinin açılmasına dair qərar müzakirə olunur.
Daha öncə məşhur aktyor xəstəxanaya yerləşdirilmişdi və gözündən əməliyyat olunmuşdu.
Onun müalicəsi Rusiyanın Səhiyyə nazirliyinin nəzarətindədir.
***
“Taksi” filminin ulduzu, fransalı aktyor Samir Naeri Moskva klublarından birində baş verən davadan sonra Sklifosov adına elmi-təhqiqat institutunun tibb bölməsinə müraciət edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı “RİA Novosti” agentliyi xəbər verib.
Avqustun 4-dən 5-nə keçən gecə münaqişə zamanı aktyor sifətindən zərbə alıb və həkimə müraciət etməli olub.
Naseri “Taksi” filmində baş rolun ifaçısı kimi tanınır.