“Beynəlxalq Ordu Oyunları-2018” yarışları çərçivəsində keçirilən “Səhra mətbəxi-2018” müsabiqəsinin sonuncu mərhələsi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, yarışların ümumi nəticələrinə görə, Rusiya komandası birinci, Çin təmsilçiləri ikinci, Qazaxıstan hərbçiləri üçüncü, Azərbaycan komandası isə dördüncü yeri tutub.
Yarışdan foto və videonu təqdim edirik: