Qoç – Yaxınlarınız və dostlarınız sizə ifrat tələbkar insanlar təsiri bağışlayır. Onların sizdən nə gözlədiklərini anlaya bilməycəksiniz. İş yerində və evdə yaşanan mübahisələr sizə yaxşı təsir etməyəcək, əhvalınızı korlayacaq. Baş verəcək xoşagəlməzliklərin qarşısını almaq istəyirsizsə, təmkinli olun.

Buğa – Gərgin gündür. Peşəkar fəaliyyətinizi nəzərdən keçirin, vəziyyəti dəyərləndirin. Qarışıq situasiyada tələsik qərar verməyin. Müdrik olun. Günün ikinci yarısı problemlərin həlli üçün əlverişli deyil. Səbrli olun və məqamı gözləyin. Maliyyə məsələlərində düşünülməmiş qərarlar verməyin.

Əkizlər – Əməkdaşlıq etdiyiniz şəxslə təmaslarda diqqətli olun. Müzakirələr, yeni tərəfdaşlığın nəzərdən keçirilməsi üçün münasib zamandır. Mübahisəli məqamlarda soyuqqanlı olun. Səbrli davranın. Fikir ayrılılıqlarının əksəriyyəti müvəqqətidir. Axşam saatlarını sevdiyiniz insanla keçirməyə can atın.

Xərçəng – Uğurlu gündür. Önəmli irəliləyiş və ciddi uğur gözlənilir. Əhvalınız yaxşı olacaq, enerjiniz yüksələcək. Yeni, hətta çətin problemləri həll edə bilərisiniz. Əks cinsin nümayəndələri sizinlə maraqlanacaqlar. Köhnə dostunuzdan maraqlı təklif ala bilərsiniz. Münasibətlərinizin sərin olduğu insanla tərəfdaşlığın bərpası üçün əlverişli gündür.

Şir – Realist olsanız, şəraitdən maksimum dərəcədə yararlana bilərsiniz. İdealist olmayın, bəzi illüziyalar və xəyallarla vidalaşın. Vəziyyətə ən müxtəlif amillər təsir edir. Sizi tərk etmək istəyəni saxlamayın, gözə dəyməyini aramayın. Belə insanlardan uzaq olsanız, yaxşıdır. Yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin.

Qız – Pessimist əhval-ruhiyyədə olacaqsız. Bədbinliyə qapılmayın, fəal olun. Tonusunuzun qeydinə qalın. Əks təqdirdə illüziyalar aləminə qapılaraq ciddi səhvlərə yol verə bilərsiniz. Tapşırılan işə peşəkar yanaşın. Daşınmaz əmlak, biznes, karyera ilə bağlı təşəbbüslər üçün əlverişli zaman deyil. Axşam saatlarında diqqətli olun.

Tərəzi – İşlərinizdə müəyyən axsamalar və problemlər yarana bilər. Olayların zahiri görüntülərinə aldanmayın, izharların əsiri olmayın. Görüşlərin təxirə salınması, gecikmələr, təxirəsalmalar istisna deyil. Yolda qəfil maneələr olacaq. Səbrli olun, yaxın ətrafınızdakı insanların da maraqlarını nəzərə alın.

Əqrəb – Mümkün qədər çox məlumat və informasiya əldə etməyə çalışın. Proqram təminatında problemlər istisna deyil. Günün ikinci yarısında banklardan kredit götürməyin. Ekzotik qida və içkilərə aldanmayın. Aldığınız məhsulların keyfiyyətinə, saxlanma müddətinə fikir verin. Axşam saatlarında normal istirahət edin.

Oxatan – Realist olun. Əsassız nikbinliyə, qüvvənizin gerçək səviyyədən artıq dəyərləndirilməsinə və xam xəyallara qapılmayın. Əfsuslar olsun ki, belə darvanışınız yaxşı heç bir nəticə verməyəcək. Səhhətinizlə problemlər yaratmayın. zafi xərclər etməyin, alış-verişdə diqqətli olun. Qiymətli əşyanızı itirə bilərsiniz.

Oğlaq – Yaşanan situasiyanı diqqətlə müşahidə edin. Köhnə səhvləri təkrarlamayın. Cari planlarda dəyişikliklər edin. Konkret məqsədlərə üstünlük verin. Təhsil, biliklərin artırılması, bacarıqlarınızın peşəkar izharı ilə bağlı gözləntiləriniz reallaşa bilər. Əsla nəzərdə tutmadığınız hadisə yaşana bilər.

Dolça – Yanlışlıqları mümkün qədər tez aşkarlayaraq aradan qaldırmağa çalışın. Günün ikinci yarısında maliyyə məsələləri, psixoloji durum, sifariş və tapşırıq, habelə daşınmaz əmlakla bağlı hüquqların müdafiəsi sahəsində çətinliklər yarana bilər. Obyektiv çətinliklərdən çıxış yolu tapmaq mümkündür.

Balıqlar – Problemləri sürətlə həll edin. Ağır işə razılaşmayın. Günün ikinci yarısında vəziyyətin qəlizləşdiyini görəndə adekvat davranış variantını seçin. Ənənəvi üsullarla sınanmış metodlar işlək olmayacaq. Mütləq şəkildə irəliləməyə çalışaraq yanlış addımlar atmayın. Bütün tapşırıq və sifarişləri yerinə yetirmək asan deyil.

Загрузка...