Загрузка...

Yay mövsümündə zəhərlənmələrin bir çoxu balıqla əlaqədar olur. Balıq yayda tez xarab olduğu üçün təhlükəli hesab edilir. Bu səbəbdən də balıq alarkən diqqətli olmaq, onun saxlanılma qaydasına fikir vermək lazımdır. Amma təbbi ki, soyuq aylardakı kimi olmasa da, yayda da balıq almaq istəyənlər var.

Xezerxeber.az-ın məlumatına görə, yay mövsümü olsa da, balıqlara olan tələbat azalmayıb. Hazırda ən çox tələbat çay və dəniz balıqlarınadır. Qiymətləri isə qış fəsli müqayisədə 2-3 manat ucuzlaşıb. Satıcıların sözlərinə görə, keçən illə müqayisədə bu yay balığa tələbat daha çoxdur.

Dəniz məhsullarından başqa dondurulmuş balıqlara da tələbat var. Amma həmin məhsulu alarkən satıcılar yenidən dondurmağı məsləhət görmürlər.

Satıcılar bildirirlər ki, istər balığın, istərsə də digər dəniz məhsullarının qiymətində artım gözlənilmir.