Rusiyada hökumətə qarşı tez-tez etiraz aksiyaları təşkil edən “PussyRiot” qrupunun üzvləri çox qəribə bir hadisə ilə üzləşiblər.
Minval.İnfo xəbər verir ki, qrupun üzvləri Olqa Kuraçeva, Veronika Nikulşina və Olqa Paktusova 10 günlük həbs cəzalarını tamamladıqdan sonra azadlığa buraxılıb. Lakin qızlar həbsxananın qapısından çıxan kimi yenidən həbs olunub. Həbsdən çıxan kimi öz yaxınlarının yerinə polisləri görən qızlar bir anlıq nələr olduğunu başa düşə bilməyiblər.
Qızların hansı səbəblərdən həbs olunmaları media nümayəndələrinə bildirilməyib.