Ataları Mixail Xaçaturyanı qətlə yetirən üç bacının anası Aureliya Dunduk onunla birgə həyatın dəhşətli məqamlarından söz açıb.
Oxu.Az xəbər verir ki, qadın 5 il bağlı qapılar arxasında keçirdiyini etiraf edib. Eyni zamanda Xaçaturyan ona telefonla danışmağa qadağa qoyub və mütəmadi olaraq döyüb.
Xaçaturyan Aureliyanın hər il dünyaya uşaq gətirməsini tələb edib. Onun qoruyucu vasitələrdən istifadə etməsi isə növbəti fiziki zorakılığa səbəb olub.
Dunduk bildirib ki, əri böyük oğlunun başqa kişidən olduğunu bəhanə gətirərək onu evdən qovub. Üç il öncə isə Aureliyanın özü də qovulub.