Mərkəzi Afrika Respublikası mətbuatı üç rusiyalı jurnalistin qətlinə dair yeni versiya səsləndirib.
Oxu.Az xəbər verir ki, “Palmarescentrafrique” Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenkonun Dekoa şəhərinin ətraf ərazilərini nəzarətdə saxlayan “Seleka” qruplaşmasının yaraqlıları tərəfindən oğurlandıqlarını, sorğu-sual edildikdən sonra isə öldürüldüklərini iddia edir.
Sayt həmçinin Camal və Rastorquyevin cəsədlərinin fotoşəkillərini də yayıb.
Daha öncə rusiyalıların sağ qalan sürücüsü bildirmişdi ki, onlara pusqudan hücum olunub. Onun sözlərinə əsasən, jurnalistlər hadisə yerində qətlə yetiriliblər.