Dünyanın ən yaraşıqlı məhbusu kimi tanınan Jeremi Miks yay tətili üçün Türkiyənin Bodrum şəhərini seçib.
Musavat.com xəbər verir ki, o, sevgilisi ilə birlikdə bodrumda dincəlir.
Qeyd edək ki, o, soyğun, azyaşlı uşağı yaralama, silahlı dəstə üzvü kimi bir çox cinayətdə günahlandırılaraq tutulmuşdu. 2014-cü ildə polislər tərəfindən saxlanılan Jeremi Miks yayılan həbs fotosu ilə qısa müddətdə məşhurluq qazandı. Hamı onu dünyanın ən yaraşıqlı məhbusu kimi tanımışdı. Hələ həbsdə olarkən modellik təklifləri alan məhbus həbsdən çıxan kimi “Topshop” markası ilə müqavilə bağlamış, elə bu markanın sahibi Filip Qrinin qızı Şloe Qrinlə birlikdə yaşamağa başlamışdı. May ayında cütlüyün ilk övladı dünyaya gəlib.