Загрузка...

Ermənistanda suların tezliklə durulacağı inandırıcı deyil. Odur ki, bu ölkədə baş verənlərin “çox su apracağı”nı ehtimal etmək olar.

Ötən həftənin sonunda Ermənistanın ikinci prezidenti Robert Koçaryan barəsində həbs qətiimkan tədbiri seçildi.

O, ölkənin konstitusiya quruluşunu dəyişdirlməsində ittiham olunur. Bu cinayətin sübut ediləcəyi təqdirdə Koçaryan 15 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Koçaryan həbs edilməzdən əvvəl özünə “haqq” qazandırıb, Ermənistan ictimaiyyətinin rəğbətini yenidən qazanmaq və təəsübkeşlik hissini artırmaq üçün deyib ki, onun tutulması Azərbaycanda şadyanalıq yaradacaq: “Onlara bunu hədiyyə edin”.

O iddia edib ki, Ermənistana “37-ci il gəlib”. Koçaryan bildirib ki, qarşıdan gələn növbədənkənar parlamanet seçkilərində onun iştirakının qarşısını almaq üçün həbs edəcəklər.

Koçaryan özünü Ermənistan üçün çoxlu işlər görmüş “millətsevər” kimi də təqdim edib.

Ancaq əlahəzrət fakt başqa şey deyir. Koçaryan 2008-ci il martın 1-də hakimiyyətin Serj Sarqsyan tərəfindən zəbt edilməsinə rəhbərlik etməkdə, həmin hadisələr zamanı 10-dan çox dinc aksiya iştirakçısının ölümündə ittiham olunur. Başqa sözlə, o, əlini “xeyirinə çox işlər gördüyü millətinin”, ermənin qanına batırdığı üçün həbsdədir.

Koçaryan həbs edildi - bu son deyil

Qeyd edək ki, 2008-ci ilin fevralında keçirilən prezident seçkisində müxalifətin namizədi Levon Ter-Petrosyanın qalib gəldiyini iddia edənlər etiraz aksiyası keçiriblər. Martın 1-də onların aksiyasını hakimiyyət güc tətbiq etmək, o cümlədən odlu silahdan atəş açmaqla yatırıb.

Millətinin haqq səsini batıranın mənsub olduğu etnik qrupu sevməsi isə mümkünsüzdür. Bu işi müasir tarixdə Hitler görüb. Onun əli yalnız alman xalqının deyil, həm də başqa millətlərin qanına batıb. Son günlər onun adı tez-tez hallanır. Çünki dünyada qanlı hadisələr baş verməkdədir. Onun da adı dünya tarixinə qaniçən cəllad olaraq düşüb. Koçaryan da Azərbaycan torpaqlarının işğalında iştirak etmiş, Xocalı soyqırımını törətmiş başlıca fiqurlardandır.

İşğal edimiş Azərbaycan torpaqlarında onun “separatçıların prezidenti” olmasını belə təşkil etdilər. Oradan isə Koçaryan Ermənistanın prezidentliyi postuna gətirilmişdi. Deməli, Qarabağda havadarlarının tapşırğına canla-başla əməl etdiyinə görə ona Ermənistanı idarə etməyi həvalə ediblər. Bu ölkəni idarə edən zaman Koçaryan qansız ötüşməyib. Bu dəfə Ermənistanda qan töküb və hakimiyyəti qanla Serj Sarqsyana verilməsinə rəhbərlik edib.

Koçaryan həbs edildi - bu son deyil

Serj Sarqsyan isə 2008-ci ildə hakimiyyəti zəbti nəticəsində prezident olub. O, 2007-ci il aprelin 4-dən 2008-ci il aprelin 9-dək baş nazir vəzifəsini tutub. Deməli, martın 1-dəki məlum hadisələrdə onun da məsuliyyəti var. Bu baxımdan o, dinc aksiyaların zor gücü ilə yatırılması zamanı ölkənin ikinci şəxsi kimi məsuliyyət cəlb edilməlidir. Bundan başqa o da zəbt edilmiş hakimiyyəti 10 il idarə edib. İndi onun törətdiyi əmnəllərin üstü açılır. Onun hakimiyyəti illərin dövlət əmlakının məninsənilməsindən tutmuş, xeyriyyə fonduna verilən ianələrin oğurlanması halları baş verib. Serj Sarqsyan işini bir az ehtiyatlı tutana oxşayır. O, Ermənistanda baş verənlərə uzaq İtaliyadan izləyir. İyulun 24-də, yəni Koçaryan həbs edilməzdən 4 gün əvvəl müalicə olunmaq adı altına İtaliyaya 15 günlük səfər edib.

Onun “müalicəsinin” belə tez “başa çatacağı” gözlənilmir. Çünki Ermənistan Respublikaçılar Partiyasının sözçüsü, təşkilatın parlamentdəki fraksiyasının başçısı Vaqram Baqdasaryan S.Sarqsyanın səhəttində problem olub-olmaması ilə bağlı sualı cavablandırmayıb.

Ona görə də ehtimal etmək olar ki, Serj Sarqsyan ara bir az sakitləşdikdən sonra ölkəsinə dönəcək, hətta istintaqda ifadə belə verəcək.

Məlum aksiyalar zamanı Ermənistan Silahlı Qüvvələri Baş qərargahının rəisi isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, general Yuri Xaçaturov olub. O da Xüsusi İstintaq Xidmətində ifadə verib. Rəsmi Yerevan onun işdən çıxarılması və yerinə başqa şəxsin təyin edilməsini təklif edib. Bu isə Yuri Xaçaturovun da həbs olunacağını ehtimal etməyə əsas verir.

“Bu, ciddi daxili hüquqi prosedurdur. Ermənistanda aparılan cinayət işi çərçivəsində işə Ermənistan vətəndaşı cəlb olunub. Nəzərə alsaq ki, söhbət KTMT-nin hazırkı baş katibindən gedir, Ermənistan KTMT üzrə tərəfdaşlara baş katibinin əvəzlənməsi prosesinə başlamağı təklif edib”, – T.Balayan “İnterfaks”a bildirib.

Qeyd edək ki, Ermənistanın Xüsusi İstintaq Xidməti KTMT baş katibi, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi general Yuri Xaçaturova qarşı ittiham irəli sürüb. O, 2008-ci ilin martın 1-də baş verən və 10 nəfərin ölümü ilə nəticələnən hadisələrə görə günahlandırılır. Y.Xaçaturov konstitusiya quruluşunu devirməkdə ittiham olunur. Yerevanın birinci instansiya məhkəməsi onu girov müqabilində zaminə buraxıb.

Rusiyanın Xarici İşlər Nazirliyi Yuri Xaçaturovla bağlı narahatlğını gizlətməyib. Onun əvəz edilməsi prosedurundan bəhs edib. Az qala bunun mümkünsüzlüyünü vurğulayıb. Ermənistanın Xarici İşlər Nazirliyi isə generalın ölkədaxili istintaq qaydaları çərçivəsində cəlb edildiyini bildirib.

2008-ci ildə Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi, sonralar isə baş nazirin müavini olmuş Edvard Gevorkyan da hadisələrlə bağlı istintaqa cəlb edilib. 2018-ci ilin aprel hadisələri zamanı Rusiya rəhbərliyi vəziyyəti müzakirə etmək üçün onu Moskvaya dəvət etmişdi.

Koçaryan həbs edildi - bu son deyil

Nikol Paşinyan bu və perspektiv həbslərlə nəyi sübut etmək istəyir? Bundan sonra Ermənistanı nə gözləyir? Moskva hadisələrə müşahidəçi kimi baxacaq?

Üstündən 10 il keçsə də martın 1-i hadisəsini törədənlər indiyədək cəzalanmayıb. Bundan başqa, 1999-cu il oktyabrın 27-də Ermənistan hökumət üzvlərinin iştirakı ilə keçirilən parlamentin növbəti iclası zamanı bir qrup silahlı zala soxulmuş, parlament sədri Karen Demirçyanı, baş nazir Vazqen Sarkisyanı və daha 6 nəfəri – parlament sədrinin müavinləri Yuri Baxşyan və Ruben Miroyan, millət vəkilləri Armenak Armenakyan, Mikayel Kotanyan, Qenrix Abrahamyan və hökumət üzvü Leonard Petrosyanı güllələmişdi. Həmin hadisələrin əsl günahkarlarının da cəzasız qaldığı deyilir. Onda da Robert Koçaryan Ermənistanın prezidenti idi.

Göründüyü kimi həbs edilənlərin, yaxud potensial məhbusların hamısı Moskvanın birbaşa adamlarıdır. Koçaryan və Sarqsyan Azərbaycan vətəndaşlarıdır. Qarabağdan Yerevana apararaq, Ermənistanda onların prezident olmasını yalnız Rusiya təşkil edə bilərdi. Bu baxımdan Paşinyan özünü həm Kremldə ona yanıki baxanlara, həm də Qərbdəki havadaralarını göstərir. O, Ermənistan cəmiyyətində hələ ki bir mənalı olaraq, qəbul edilmir. Onun cəmiyyətdə nüfuzu hələ ki yetərli deyil. Bu nüfuzu qazanmaq, habelə qanunun hakim olduğunu sübut etmək üçün o, martın 1-i hadisələrinin günahkarlarının cəzalandırılmasına nail olmalı idi. Çünki bu məsələ sosial sifarişdir. Nikol Paşinyna bu sifarişi yerinə yetirməklə nüfuzunu artırmaq istəyir. Bu baxımdan Ermənistanda onun hakimiyyətinə mane olacaq potensial qüvvələr, o cümlədən Koçrayan və başqaları həbsi edilməlidir.

Nikol bununla “revanşistlərin” də qarşısını almağa səy göstərir. Həsbdən əvvəl Koçrayanın parlament seçkiləri ilə bağlı dediklərindən belə çıxır ki, o bu siyasiy kampaniya iştirak etmək niyyətində imiş.

Belə ehtimal etmək olar ki, bu siyasi tədbirdə keçmiş oliqarxın ən güclü namizədi Koçrayn imiş. Çünki Sarqsyan artıq məğlul olub. Yeniləri cəmiyyət tətəfindən hələ qəbul edilmir, üstgəl onların etbiralılığı hələ müəyyən edilməyib. Ona görə Koçraynın yenidən siyasi hadisələrin dövriyyəsinə buraxılması ehtimal var imiş. Bu səbəbdən də “oğru həsbdə yatmalıdr”, yaxud cinayətkarın yeri həbsxanadır, prinsipi ilə onun barəsində həbs qətiimkan tədbiri seçilib.

Odur ki, Ermənistanda yeni həbslərin baş verəcəyi istisna edilmir. Bununla Nikol Paşinyan hökuməti və tərəfdarları güc toplayaraq, payızda keçirilməsi gözlənilən parlament seçkilərinə hazırlaşır.

Baş verən hadisələrə Moskvanın müşahidəçi baxacağını zənn etmək sadəlövhlük olardı. Yuri Xaçaturov, Koçaryanla bağlı artıq münasibət bildirilib. Nikol Paşinyan isə bir müddət əvvəl xarici siyasət kursunu dəyişməyəcəklərini bəyan etmişdi. Bununla belə, Kreml hələ də onu özününkü saya bilmir, yaxud etibar etmir.

Koçaryan həbs edildi - bu son deyil

Ona görə Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya hakimiyyəti tərəfindən hələ də qəbul edilmir. O, Kremllə münasibətləri qaydaya salmaq üçün etibarlı vasitəçi axtarır. Düzdür, həftənin sonunda Sankt-Peterburqda Avroasiya İqtisadi İttifaqına üzv dövlətlərin hökumət başçılarının toplantısında Rusiyanın baş naziri Dmitiri Medvedevlə görüşüb. Görünür, Moskva hələ ki, onun fəaliyyətini qənaətbəxş saymır.

Bunun üçün arqument və faktlar da yox deyil. İyuluda Brüsseldə NATO-nun tədbirindən sonra Rusiyanın Ermənistandakı hərbi bazası ilə bağlı müdafiə naziri David Tonayan uğursuz bəyanat verdi.

Sankt-Peterburq səfərindən sonra isə Robert Koçaryan həbs olundu.

İyulun 17-də Ermənistanın birnici prezidenti Levon Ter-Petrosyanla baş nazir Nikol Paşinyan arasındakı danışıqlarda Rusiya ilə münasibətlərin normallaşdırılması məsələsinə toxunulduğu istisna olunmur. Bildirilib ki, L.Ter-Petrosyan Paşinyandan qarşıdan gələn növbədənkənar parlament seçkilərində Erməni Milli Konqresini dəstəkləməsini istəyib. Keçmiş prezident bunun əvəzində Paşinyana Moskva ilə münasibətləri tənzimləyəcəyini vəd edib. Paşinyan Ter-Petrosyanın təklifini qəbul edib.

Ona görə də belə ehtimal etmək olar ki, Rusiya Nikol Paşinyan hökuməti ciddi münasibəti parlament seçkilərindən sonra qurmaq niyyətindədir.

Beləliklə, Ermənistanı yeni-yeni sürprizlər gözləyir. Çünki hazırkı siyasi xətt – Paşinyan parlament seçkilərində qalib gəlməyi qarşısına hədəf kimi qoyub. Əks halda islahatlar çətin ki, həyata çeirilsin. Ölkə iqtisadiyyatına sərmayənin qoyulmasında da irəliləyiş hissi edilmir. Ermənistanın baş naziri və ayrı-ayrı nazirlər dünyanın müxtəlif dövlətlərinə səfər edədərk, iş adamlarını, ilk növbədə erməni mənşəliləri ölkə iqtisadiyyatına sərmayə qoymağa çağırır. Seçkilərin nəticələri bu prosesin də reallaşmasına təsir edəcək. Bunu həm də onların etdiyi inqilabın şərtləri tələb edir. Əks halda apreldə baş vermiş hakimiyyət dəyişkiliyi nəticəsiz olacaq, “inqilab öz balalarını yeyəcək”.