ABŞ-ın keçmiş prezidenti Barak Obama həyat yoldaşı Mişellə Beyons və Jay-Z-nin çoxdan gözlənilən konsertində iştirak edib.
BAKU.WS İngiltərə mətbuatına istinadən xəbər verir ki, Beyonsla Jay-Z-nin bərabər şousu artıq bütün dünyada məşhurlaşmaqdadır. Onları izləmək üçün tez-tez digər ulduzlar da gəlir. Avropada çıxış edəndən sonra ABŞ-a dönən pop-diva Merilend ştatında konsert proqramı ilə çıxış edib. Bu dəfə Beyonsla Jay-Z-ni izləməyə gələnlər arasında ABŞ-ın keçmiş prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obama gəlib. Mahnıların ritmləri məşhur cütlüyü oynamağa sövq edib. Beyonsun fanatları isə dərhal onların rəqsini telefona çəkiblər və sosial şəbəkə hesablarında paylaşıblar.