Səhər saatlarında Bakıda intihara cəhd olub.
Hadisə metronun “Koroğlu” stansiyasındakı körpüdə baş verib. Körpüyə çıxan bir nəfər özünü atacağı ilə hədələyib. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və polis əməkdaşları cəlb edilib.
İntihara cəhd edən şəxslə aparılan psixoloji söhbətdən sonra o, fikrindən daşındırılıb.
İntihara cəhd zamanı Heydər Əliyev prospekti Böyük Şor qovşağında və şəhər istiqamətində tıxac yaranıb. Bakı Nəqliyyat Agentliyindən REAL-a verilən məlumata görə, tıxac əsasən Heydər ƏLiyev prospektinin “Atəşgah” dairəsindən Böyük Şor qovşağı da daxil olmaqla hissəsində müşahidə edilib.