Rusiyanın paytaxtı Moskvada, Slovakiya səfirliyinin qarşısında polisə hücum anı müşahidə kamerasına düşüb.
Axar.az xəbər verir ki, əlində soyuq silah olan cinayətkarın bir neçə dəfə hüquq-mühafizə orqanının əməkdaşına zərbə endirdiyi görüntülərdə aydın olur.
Daha sonra o, hadisə yerindən qaçıb.
Məlumata görə, ağır zərbələr alan polis xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, sözügedən polis diplomatik nümayəndəliklərin və konsulluqların qorunmasına cavabdehlik daşıyan vzvodun komandiridir.